“Deneyap” texnologiya laboratoriyası imtahanında qalib gələn şagirdimiz
Məktəbin 5A sinif şagirdi Ağalı Seyidrəsul Samir oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan Bilim Bakı Mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanında uğurla iştirak edərək qələbə qazanıb. Şagirdimiz Bilim Bakı Mərkəzində 3 illik pulsuz təhsil hüququ qazanıb.
Şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
Qeyd edək ki, “Deneyap proqamı” gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli bir təhsil modelidir.