"BİLİK GÜNÜ"

    Məktəbdə 16 sentyabr 2024-cü il tarixində ilk dərs günü -"Bilik Günü"  ilə bağlı keçirilən  rəsmi tədbirdə Şəhid anaları ,Ramana Bələdiyyə sədri, məktəb rəhbərliyi, müəllimlər,valideynlər və şagirdlər iştirak ediblər.         
     Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.          
      Məktəb rəhbəri Svetlana Nəbiyeva tədbir iştirakçılarını salamlayıb , “Bilik günü” münasibətilə təbrik edib. Şəhid analarına və yaxınlarına dərin hüznlə başsağlığı verib , Allahdan rəhmət diləyib ! Bildirib ki,  Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacaq, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacaq.    
     Qəhrəman şəhidlərimiz -Seyidov Əli,Manafov Osman,Məmmədov Elcan , Dəmirçiyev Tural,Rüstəmli Kənanın valideynləri çıxış edərək şagirdlərə öz arzularını bildiriblər ,həmçinin bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıblar.                 

     Direktor müavinləri Aygün Sadıqova, Sevinc Zaxarova, Alvina Cavadova şəhid analarını salamlayaraq nümunəvi övladlar tərbiyə etdikləri üçün onlara sonsuz ehtiramını və təşəkkürünü bildiriblər.
    Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib. Şagirdlər öz siniflərinə yola salınıb,   

    Bildirək ki , ilk dərs Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunub. Bu mövzu şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıraq məqsədi daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi