2024-2025 TƏDRİS İLİ ÜZRƏ İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

      13 sentyabr 2024- cü il tarixində məktəbdə Pedoqoji Şura iclası keçirilib. İclası açıq elan edən məktəb rəhbəri Svetlana Nəbiyeva məktəbin keçən  tədris ilindəki uğurlarından danışaraq pedoqoji kollektivə yeni dərs ilində uğurlar  arzulayıb. Daha sonra direktor müavinlərinin işə qəbul müsabiqəsindən uğurla keçən  yeni gələn Təlim-tərbiyə işləri üzrə müavin Sevinc Zaxarova , Təlim-tərbiyə işləri üzrə müavin Alvina Cavadova, həmçinin müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanan yeni gələn müəllimlər  pedaqoji heyətə təqdim olunub ,peşə fəaliyyətində uğurlar arzulanıb. 
     Daha sonra iclas iştirakçıları Pedoqoji Şuranın gündəliyi ilə tanış edilib. İclasın gündəliyində vacib məsələlər müzakirə edilib. Məktəbin keçən ilki nəticələri ,Ali məktəblərə qəbul ,yeni dərs ilində hədəflərimiz ,sinifdə qalanların təsdiqi ,yay tapşırıqları verilmiş şagirdlərin sinifdən-sinifə keçirilməsi və ya sinifdə qalmasının təsdiqi ,sinfin növbətçiliyinin ,zəng cədvəlinin təsdiqi ,dərs cədvəlinin  ,sinif rəhbərlərinin və dərs cədvəlinin təsdiqi , təhsil sistemində islahatlarla əlaqədar tərbiyə- təhsil sisteminin yaxşılaşdırılması  sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr ,digər cari məsələlər müzakirə olunub. 
     İclasda iştirak edən Təşkilatçı müavin Aygün Sadıqova ,Təsərrüfat işləri üzrə direktor müavini Səbinə Məmmədova ,məktəb psixoloqu Vüsalə Orucovanın çıxışları dinlənildi. Sonda iclas iştirakçılarını maraqdıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi