QARABAĞ UNİVERSİTETİNDƏ TƏHSİL ALACAQ MƏZUNLARIMIZLA FƏXR EDİRİK

       Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi bu qəbul ilində ən sevindirici hal oldu , Azərbaycan təhsil sistemində mühüm bir yeniliyin olması ilə yadda qaldı. İllərdən bəri Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz övladlarının qürur hissi ilə Qarabağ Universitetində təhsil alması üçün səbirsizliklə tədris ilinin başlanmasını gözləyirlər.
     Qarabağ Universiteti bizim qürur mənbəyimizdir. Fəxrlə qeyd edək ki, məktəbimizin iki məzunu Qarabağ Universitetinin ilk tələbəsi olmaq sevincini yaşayıblar.
      90 nömrəli tam orta məktəbin 11B sinif məzunu , tam orta təhsili fərqlənmə attestatı ilə  bitirən Aslanova Gülü Yalçın qızı 539 balla Qarabağ Universiteti, riyaziyyat müəllimliyi ixtisası üzrə , 11A sinif məzunu Səfərova Leyla Rüfət qızı 517 balla Qarabağ Universiteti, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alacaq.
     Əminik ki, məzunlarımız yüzlərlə şəhidin qanı bahasına alınmış bu torpaqlarda fəaliyyət göstərən Qarabağ Universitetində nümunəvi təhsil almaqla, universitetin adını yüksək zirvələrə daşımaqla şəhidlərimizin ruhunu şad edəcəklər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi