ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ

     Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır.
     Məktəbin 2a sinif şagirdi Məmmədli Ucal asudə vaxtlarında şahmatla məşğul olur. Şagirdimiz bu yaxınlarda keçirilən şahmat turnirində fəal iştirakına görə diplomla mükafatlandırılıb. Ucalı təbrik edir ,uğurlarının bol olmasını diləyirik.
     Qeyd edək ki, məktəblilərin asudə vaxtının düzgün və səmərəli təşkili onların təlimə marağının artırılmasına, bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, mənəvi tərbiyəyə və ümumiyyətlə, sağlam xarakterin formalaşmasına müsbət təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi