SƏRGİDƏ UĞURLA İŞTİRAK EDƏN ŞAGİRDİMİZ

Azərbaycan Milli Xalça müzeyində Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” sərgisi keçirilib. Sərgi çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən @amxm.usaq_muzeyi Sərhədçi Tədris Mərkəzinin şagirdlərinin iştirakı ilə plener keçirilib. Sərgidə məktəbimizin 2 A sinif şagirdi Məmmədli Ucal iştirak etmişdir.
Onlar sərgidə nümayiş elətdirilən Monteneqro milli geyimlərini kağız üzərində akvarel texnikası ilə işləyiblər.