Məktəbin ingilis dili müəllimi Nəzrin Hüseynlinin uğuru

    90 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nəzrin Hüseynli ADPU-CVU ikili diplom proqramının məzunu olub.
      Qeyd edək ki, ADPU-CVU ikili diplom proqramının yaradılması Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında 25 iyun 2019-cu il tarixində imzalanmış Bəyannaməyə əsaslanır. Proqramın tələbələri yekunda CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” və ADPU nun “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmaları üzrə magistr dərəcəsinə sahib olurlar. Bu ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir. 
Bu yaxınlarda III  məzun buraxılışı keçirilən bu proqramın məzunlarından biri olan Nəzrin Hüseynli ilə görüşüb  beynəlxalq proqramın öhdəsindən necə gəldiyi barədə təəssüratlsrını bölüşüb. 
     Müəllimimizi bu uğuru münasibətilə təbrik edirik.

https://www.facebook.com/share/p/F4hj2eVtsWPaFkuy/?mibextid=WC7FNe

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi