"Müasir dövrdə müasir müəllimdən tələb olunan səriştələr.ABŞ və Azərbaycan təcrübələri” mövzusunda V müzakirə
21 iyun 2024 tarixində Elm və Təhsil nazirliyinin dəstəyi ilə “Müasir dövrdə müasir müəllimdən tələb olunan səriştələr.ABŞ və Azərbaycan təcrübələri” mövzusunda V müzakirə paneli təşkil olunmuşdur.
Paneldə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, ABŞ Corc Vaşinqton Universitetinin Təhsil və İnsan inkişafı məktəbinin dekanı,professor Maykl Foyer, Azərbaycan Pedaqoji Universutetinin prorektoru Eldar Aslanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov,Avropa Azərbaycan məktəbinin direktoru Fransisko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezideti Asif Cahangirov çıxış etdilər.
Müzakirədə 21-ci əsr müəllimindən tələb olunan səriştələr,mövcud problemlər,gələcəyə dair gözləntilərdən danışıldı.