COP-29-la bağlı intellektual bilik yarışı keçirilib

    7 iyun 2024 tarixdə məktəbin akt zalında “Yaşıl Dünya Naminə Həmrəylik ili”nə həsr olunan intellektual bilik yarış keçirilib. COP-29-la bağlı Vlll sinif şagirdləri arasında  keçirilən yarışda COP-29 layihəsi üzrə müşavir,layihə rəhbəri Çingiz Məmmədov və Balaxanı Əməliyyat Şirkəti LTD Ümumi işlər departamentinin direktoru Kərim Aşurov , Balaxanı Əməliyyat Şirkətinin Ətraf mühitin mühafizəsi üzrə müavini Ramil Əliyev
xüsusi qonaq qismində dəvət olunub. 
     Tədbirdə məktəb rəhbəri Svetlana Nəbiyeva bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. 
     Tədbirin xüsusi qonaqlarından olan BMT İnkişaf Proqramının İqlim Dəyişikliyinə Adaptasiya Layihəsinin əməkdaşı Hüseyn Daşpoladov  şagirdləri salamlayaraq ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb. 
İntellektual yarış zamanı şagirdləri dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla tanış ediblər. Bilik yarışının şərtləri şagirdlərə izah olunub. İntellektual yarışda sinif indeksi üzrə qruplaşdırılmış şagirdlər verilən suallara cavab veriblər.
     Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşib. 8f sinfi l yer ,8d sinfi ll yer, 8e sinfi lll yerə layiq görülüb. Qalib komandalar xüsusi hədiyyələr ilə mükafatlandırılıb.
   Qeyd edək ki, Balaxanı Əməliyyat Şirkəti LTD tərəfindən məktəbimizin  həyətində güllər əkilib. Sonda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi