Korrupsiyaya qarşı mübarizə mövzusunda iclas
Məktəbin akt zalında 5 iyun 2024 -cü il tarixdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq məktəb rəhbəri Svetlana Nəbiyeva pedaqoji heyətlə iclas keçirib.
İclas zamanı rəhbərlik korrupsiyanın mahiyyəti, korrupsiyaya gətirib çıxaran amillər barədə danışılıb, şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən geniş söhbət aparıb.
Məqsəd təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasından ibarət olub.