Asudə vaxtın səmərəli təşkili
Məktəbimizin 7 a sinif şagirdləri sinif rəhbəri Zülfiyyə Hacıyevanın təşkilatçılığı ilə Lənkaran və Salyan rayonlarına səyahət etmişdilər. Şagirdlər rayonların tarixi mədəni abidələri ilə, gəzməli-görməli yerləri ilə ətraflı tanış oldular. Bu səyahət şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb etdi.