“1İYUN–UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ”NƏ HƏSR OLUNAN TƏDBİR

    31 may 2024 tarixində 90 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı möhtəşəm tədbir keçirilmişdir.
     Məktəb rəhbəri Svetlana Nəbiyeva şagirdləri bu gün münasibətilə təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı,  onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. 
     Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib və onlara gələcək işlərində uğurlar diləyib. 
     Tədbir zamanı istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirib. İbtidai sinif uşaqlarının hazırladığı konsert proqramı, Azərbaycan və digər ölkələrin rəqs, musiqiləri təqdim edilmişdir.Tədbirə qatılan çoxsaylı balaca şagirdlər qonaqlara bol əyləncə, bayram əhval ruhiyyəsi bəxş ediblər.
     Uşaqlar gülərsə,dünya gülər. Üzünüz hər zaman gülsün,əziz uşaqlar! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi