28 MAY RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

27 may 2024-cü il tarixində məktəbin akt zalında Uşaq birliyi rəhbəri Lida Muxtarovanın ,musiqi müəllimi Gülnarə Mirzəcanovanın başçılığı ilə şagirdlərin iştirakı ilə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Dövlət Himni ilə açıq elan olundu. Şagirdlər Azərbaycan haqqında mahnılar, şeirlər , rəqs nümunələri ifa etdilər.
Məktəb rəhbərliyinin iştirakı ilə keçən tədbirdə qarşıdan gələn Respublika Günü münasibəti ilə tədbir iştirakçıları təbrik olunub.
Məktəb rəhbəri Svetlana Nəbiyeva tədbir iştirakçılarına bu günün mahiyyətindən ,həmçinin Azərbaycanımızın bugünkü inkişafından və müasir, çiçəklənən ölkəmizdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin müstəsna rolundan danışıb.
Sonda xatirə şəkilləri çəkilib.