“Azərbaycanın COP29- a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda "Dəyirmi masa" keçirilib

     Məktəbin coğrafiya müəllimi Günay Əliyarovanın başçılığı ilə 10 d sinfində   “Azərbaycanın COP29- a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda "Dəyirmi masa" keçirilib. 
     Şagirdlər mövzu ilə bağlı geniş müzakirələr aparıblar,divar qəzetləri ,təqdimatlar hazırlayıblar. Sinif rəhbəri COP29-u Azərbaycanın  indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırıb.
     Bildirilib ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conferene of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. 
     Sonda COP29-a aid suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi