COP-29 çərçivəsində maarifləndirici tədbir

     Məlum olduğu kimi, 2024-cü ilin noyabr ayında ölkəmiz COP-29 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına ev sahibliyi edəcək. Bununla əlaqədar olaraq, bu gün 90 nömrəli orta məktəbin tarix müəllimi Məhsəti Səfəri təşkilatçılığı və 10-cu sinif şagirdlərinin iştirakı ilə  COP-29 çərçivəsində "Qarabağın işğal altında olmuş torpaqlarında törədilən ekoloji terror" mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir. Şagirdlər Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonaları" haqqında məlumatlar təqdim etmiş, iqlim dəyişikliklərinin milli və qlobal təhlükəsizliyin bir hissəsi olması haqqında fikir mübadiləsi aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi