“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində güləkmə aksiyası

     Məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində güləkmə aksiyası keçirilib.  Aksiya zamanı ətraf mühitin yaşıllaşdırılması istiqamətində  gül kolları əkən məktəblilər, eyni zamanda ekoloji tarazlığın bərpası, təbiətə qayğı, ətraf mühitin mühafizəsi istiqamətində maarifləniblər. Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsasən şagirdlər məktəbin həyətinə müxtəlif güllər əkdilər.
     Qeyd edək ki,Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış bir təşəbbüsdür. Bu təşəbbüs sadəcə simvolik məna kəsb etmir, də ölkənin gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində qətiyyətli öhdəliyini, strateji planlaşdırmasını və fəal tədbirlərini əks etdirən addımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi