MƏHƏMMƏD FÜZULİYƏ HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"

     Azərbaycan ədəbi- bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar Məhəmməd Füzulinin 530 illiyi münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın təşəbbüsü ilə 10 a sinfində "Dəyirmi masa" keçirilib.
  Tədbirə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
  Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Həsənova Vəsilə və Məmmədova Xalidə çıxış edərək M.Füzulinin çixcəhətli,zəngin bədii- fəlsəfi irsindən,onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə- sevilə oxunan geniş cografiyada yayılmış əsərlərindən söhbət açdılar.
  Şagirdlər şairin həyatı və yaradıcılıgı haqqında məruzə etdilər.müxtəlif janrlarda olan şeirlərindən əzbər söylədilər.Eyni zamanda " Leyli və Məcnun " poemasından parçalar söyləyərək tədbirə rəngarənglik qatdılar.Yeri gəldikcə videoçarxlar nümayiş etdirildi.
     Tədbirin sonunda" Leyli və Məcnun " bədii filmindən fraqmentə baxıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi