“Məişət zorakılığı, narkomaniya, qorxu , ünsiyyət pozğunluğu və bullinq" mövzusunda tədbir keçirilib

      Məktəbin akt zalında sosial pedaqoq Rəsmiyyə Quliyevanın təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Məişət zorakılığı ,narkomaniya , qorxu, ünsiyyət pozğunluğu və bullinq"  mövzusunda tədbir keçirilib.
     Çıxışlarda məişət zorakılığı haqqında geniş məlumatlar verilib və xüsusi olaraq vurğulanıb ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. Sağlam həyat tərzinin “düşmənləri” sayılan bu cür neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətimiz üçün başağrısına çevrilir. Odur ki, hər birimiz, bütövlükdə cəmiyyətimiz üçün yeniyetmə-gənclərimizi zərərli vərdişlərə aludə olmaqdan var gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.
     Tədbirdə həmçinin məişət zorakılığı və narkomaniya barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi