MÜTALİƏ İNSANI KAMİLLƏŞDİRİR

     Mütaliə insanın xəyal dünyasını  zənginləşdirir, təsvir bacarığını gücləndirir. Hər hansı bir tarixi dövrü və ya psixoloji vəziyyəti tərənnüm edən əsəri mütaliə edərkən oxucu, obraz və personajları düşüncə tərzinə görə yaradıb, rənglərə boyayır, bəzən isə hadisələrin gedişatına tamamən özü istiqamət verir. Bu isə insanın hadisələrin mahiyyətinə nüfuzetmə qabiliyyətini artırır.
Kitabsevərlərin bir araya toplandığı növbəti kitab bayramı... 
      Artıq 10 ildir ki, keçirilən "Oxu Günü" bu dəfə 27-28 aprel tarixlərində AMEA-nın əsas binasının qarşısında təşkil olunmuşdur. Sərgidə həm Azərbaycan, həm də dünya ədəbiyyatına aid əsərlərin nümayişi və satışı həyata keçirilirdi.  
 Həftəsonunu daha dəyərli və faydalı keçirmək məqsədilə məktəbimizin 9 A sinif şagirdlərindən bir qrup kitabsevər də bu sərgidə iştirak etdi. Sinfin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Günelin təşkilatçılığı ilə baş tutan ekskursiya  şagirdlər üçün yaddaqalan oldu, onlar müxtəlif nəşriyyatların kitablarını əldə etməklə yanaşı olduqca maraqlı gün keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi