MÜLKİ MÜDAFİƏ TƏDBİRİ KEÇİRİLİB

   26 aprel 2024-cü il tarixində məktəbdə Mülki Müdafiəyə həsr edilmiş tədbir keçirilib.     
    Tədbir zamanı şagirdlərin Mülki Müdafiəyə hazırlığı yoxlanılmış, yanğın,zəlzələ və s. komandalar verilmişdir. Şagirdlər və müəllimlərin əyani surətdə fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olduğunu nümayiş etdirmək üçün həyəcan siqnalı verildi. Məktəbin bütün işçi və şagird heyəti təxliyyə planına əsasən məktəbin həyətinə çıxarıldı. Orada tədbir iştirakçıları baş vermiş hadisə ilə bağlı bir daha məlumat verildi. Şagirdlərinin hazırladıqları fəlakət zamanı baş verəcək təhlükəli halların səhnələşdirilmiş təlim forması nümayiş olundu. Yuxarı sinif şagirdləri tərəfindən MM-ə hazırlıq, fövqəladə hallar zamanı yaralılara ilk yardımların göstərilməsi, yaralıların zəhərli ərazidən uzaqlaşdırılması, əlehqazların geyinilib soyunulması və bu kimi hazırlıqlar nümayiş etdirildi.     
    Sonda məktəb rəhbərliyi tədbirin mahiyyətindən danışıb,  MM dərslərinin tədrisinin vacibliyindən və bu sahədə şagirdlərin  maarifləndirilməsinin əhəmiyyətindən geniş danışmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi