“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"

     Aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
     Azərbaycanda da geniş qeyd olunan bu əlamətdar tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.
    Bu tarixi gün münasibətilə 90 nömrəli məktəbin şagirdləri məktəb rəhbərliyinin və sinif rəhbərlərinin başçılığı ilə 18 aprel 2024 tarixində Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin təlimatı ilə  Sabunçu rayonu ərazisində yerləşən Ramana qalasında  təşkil olunmuş tədbirdə həvəslə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi