ŞƏHİD VALİDEYNLƏRİ İLƏ GÖRÜŞ

     Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində məktəbimizdə hər zaman məqsədyönlü işlər görülür.
     Qeyd edək ki ,məktəbin 8r sinif otağı Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Məmmədli Ramin Aydın oğlu adınadır. Məhz bu səbəbdəndir ki ,şəhidimizin valideynləri və nənəsi Şəki şəhərindən məktəbimizə qonaq gəlib, Şəhid Ramin Məmmədlinin  adına olan sinif otağında təhsil alan şagirdlərlə görüşüblər. Şəhidimizin həyat və döyüş fəaliyyətini əks etdirən guşədə xatirə şəkli çəkdiriblər. 
     Görüş zamanı sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini vurğulayınıb. Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir.
     Şəhid Məmmədli Ramin Aydın oğlu 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Birinci Qarabağ müharibəsi qazisidir. Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir. Sentyabr ayının 29-dan könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur.Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır. Ancaq bu anda snayper gülləsinə tuş gəlir və Suqovuşan ərazisində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlir.

     O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu Babaratma kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindəki xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi rəşadətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ramin Məmmədli, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi