Müsabiqədə növbəti mərhələyə keçən şagirdimiz
Məktəbimizin 10a sinif şagirdi Zülfüqarov Əli Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə keçirilən İqtisadi və Sosial İnkişaf Mərkəzinin 2024 İqtisadiyyat Müsabiqəsinin növbəti mərhələsinə uğurla keçib və iştirak hüququ qazanıb. Uğur qazan şagirdimiz Əlini və onun müəllimi Ramilə Məmmədlini təbrik edirik,uğurlarının davamlı olmasını diləyirik.
Qeyd edək ki, müsabiqə 4 mərhələdən ibarət olmaqla 9, 10, 11-ci sinif şagirdlərini arasında keçirilir.