Müsabiqədə uğur qazanan şagirdlərimiz
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin 2024 İqtisadiyyat Müsabiqəsinin ümumi təhsil müəssisələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Müsabiqə 4 mərhələdən ibarət olmaqla 9, 10, 11-ci sinif şagirdlərini arasında keçirilir.
İlk mərhələ olan məktəb mərhələsi 29 mart-3 aprel tarixləri arasında təşkil olunmuşdur. İmtahan məktəbdə,coğrafiya müəllimləri Məmmədli Ramilə və Əliyarova Günayın nəzarəti altında təşkil olunmuşdur. Məktəbimizin 10a sinif şagirdi Zülfüqarov Əli 22(25), 11 d sinif şagirdi Məmmədli Telman 17(25), 11d sinif şagirdi Nihat Məmmədov 12(25) bal, 9a sinif şagirdi Dəmirçiyeva Nərgiz 13(25) bal toplamışlar.
10a sinif şagirdi Zülfüqarov Əli uğur qazanaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.
Şagirdlərimizi və onların coğrafiya müəllimləri Ramilə Məmmədlini ,Günay Əliyarovanı təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.