"Rəqəmsal bacarıqlar" layihəsi üzrə dərs
Məktəbin ibtidai sinif müəllimi Ülviyyə Əmiraslanova "Rəqəmsal bacarıqlar" layihəsi üzrə 3a sinfində "Blok sxemi" mövzusunda nümunəvi dərs keçirib.
Dərs müasir təhsil proqramına uyğun təşkil olunub, bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb olub. Mövzunu əhatə edən sualları şagirdlər fəallıqla cavablandırıblar. Mövzu haqqında geniş məlumat mübadiləsi aparılıb. Müxtəlif fikirlər müzakirə olunub və ümumiləşdirilib.