31 MART- SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"

     29 mart 2024-cü il tarixində məktəbin tarix müəllimi Maqsud Mirzəyev kitabxanada  8e sinif şagirdlərinin iştirakı ilə  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Dəyirmi masa" keçirib. 
     Əvvəlcə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 
     Şagirdlər faciə haqqında məlumatı və şəkilləri əks etdirən divar qəzetləri hazırlayıblar ,təqdimatlar səsləndiriblər. 
     Kitabxana müdiri Minayə Əzimova çıxış edərək bildirib ki, tariximizə qanlı səhifə kimi həkk olunan bu soyqırım unudulmamalı, gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Müəllim ermənistanın tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi