DƏRS DİNLƏMƏLƏR APARILIB

27.03.2024 və 28.03.2024-cü il tarixlərində məktəbin TKTA komissiya üzvləri 2a sinfində riyaziyyat dərsində, 7c və 7b sinfində STEAM dərsində, 7a sinfində coğrafiya dərsində, 8c sinfində riyaziyyat dərsində və 8b sinfində ədəbiyyat dərslərində dərs dinləmələri ediblər.
Zülfiyyə Hacıyevanın rəhbərliyi ilə komissiya üzvləri Günel Tağıyeva, Sevinc Abdullayeva, Zöhrə İbrahimova, Vəsfinaz Ələkbərova və Sevinc Rəhimova müxtəlif siniflərdə dərs dinləmələrində iştirak edib qeydlər aparmış, qiymətləndirmələr etmişlər.