"NÜMUNƏVİ DƏRS" KEÇİRİLİB

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılova 6b sinfində "Simli musiqi alətləri" mövzusunda "Nümunəvi dərs" keçirib. Mövzu üzrə tədqiqat işi araşdırılıb, geniş fikir mübadiləsi aparılıb.
Dərsdə müasir təlim metodlarından istifadə edilib. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə izah etmə xüsusiyyətini aşılamaq, sərbəst şəkildə təqdimat etmə, müəyyənləşdirmə bacarıqlarını inkişaf etdirmək olub.