"Milli-mənəvi dəyərlərimiz"

Məktəbin 7b sinif şagirdlərinin iştirakı ilə sinif rəhbəri Humay İsmayılovanın başçılığı ilə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimiz" mövzusunda sinif təşkilat saatı keçirilib.
Şagirdlər Novruz bayramı ənənələrini əks etdirən səhnəciklər nümayiş etdiriblər. Müəllim Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Həmçinin şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlər ifa edib, mahnılar səsləndiriblər.