“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib
Məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə "Dəyərlərimizi qoruyaq!" adlı tədbir keçirilib. Şagirdlər mahnı və şeir kompozisiyaları söyləmiş, səhnəciklər, milli rəqslər nümayiş etdirmişlər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.