"Ən böyük varlığım Ana dilimdir" adlı açıq dərs keçirilib

21 fevral tarixində məktəbimizdə "Beynəlxalq Ana Dili Günü" münasibətilə açıq dərs təşkil edilmişdir. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi G.Cəfərova və dərs dediyi 6c sinif şagirdlərinin təqdimatında dilimizin zəngin qaynaqlarından bəhs edildi. Dərsdə müəllimin elektron resurslardan istifadə etməsi şagirdlərdə və dinləyicilərdə maraq oyatdı və Beynəlxalq Ana dili gününün 21 fevral 2000-ci ildən başlayaraq qeyd edildiyi vurğulandı. Sonra şagirdlər dil haqqında müxtəlif mütəfəkkirlərin fikirlərini səsləndirdilər. Şagirdlər həmçinin qeyd etdilər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, dil bilgilərini artırıb başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi