İdmansevərlər layihəsi davam edir

      Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
       Bu məqsədlə, məktəb rəhbərliyinin dəstəyi ilə məktəbimizdə  voleybol idman növü üzrə yoldaşlıq yarışı keçirilib. 
       Yarışda məktəbimiz və 259 saylı məktəbin voleybol komandaları iştirak edib. İdman yarışı yoldaşlıq görüşünə ev sahibliyi edən məktəb komandamızın çətin, əzmkar qələbəsi  ilə sona çatıb. Sonda hər iki komandaya məktəb rəhbərliyi adından təşəkkür elan edilib.
    Qeyd edək ki,  layihənin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi