Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı dərslər keçirilib

     29 fevral 2024-cü il tarixində məktəbdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı xüsusi dərslər keçirilib.
      Müəllimlər Mülki Müdafiə Günü haqqında geniş məlumat verib, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparılıb.   Siniflərdə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilib. Yanğın təhlükəsizliyi qaydalarından, dam qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında şagirdlərin hazırladıqları videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi