Monitorinq keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbin IV,VI,VIl və Vlll siniflərində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Monitorinq sinif otaqlarında dinləmə mətninin səsləndirilməsi ilə başlayıb və 45 dəqiqə müddətində aparılıb.
Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir. Monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.