İnformatika fənni üzrə nümunəvi dərs
28 fevral 2024-cü il tarixində 7"f" sinifində məktəbin informatika müəllimi Qəmər İmaməliyeva "Pythonda budaqlanma" mövzusunda nümunəvi dərs keçirib.
Mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirəsi aparılıb. Kurikulum metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı olub.
Sonda müəllim ev tapşırıqlarını verərək qiymətləndirmə aparıb. Dərs bitdikdən sonra fikirlər ümumiləşdirilib, nəticələr təhlil edilib.