Şagirdlərlə psixoloji söhbət aparılıb
Şagirdlərdə imtahan öncəsi stresin aradan qaldırılması məqsədi ilə məktəb psixoloqu Cəmilə Məmmədova 9-cu siniflərlə maarifləndirici söhbət aparıb.
"İmtahan həyəcanının aradan qaldırılması" mövzusuna həsr olunmuş söhbətdə mövzu ilə bağlı şagirdlərə geniş məlumat verilib. Həmçinin Cəmilə Məmmədova şagirdlərə stresdən uzaq olmağı məsləhət görüb.