Nümunəvi dərs keçirilib
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Südabə Əliyeva 7A sinfində "Ədatların orfoqrafiyası" mövzusunda nümunəvi dərs keçirib.
Dərs müasir təhsil proqramına uyğun təşkil olunub, bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb olub.
Mövzunu əhatə edən sualları şagirdlər fəallıqla cavablandırıblar. Mövzu haqqında geniş məlumat mübadiləsi aparılıb. Müxtəlif fikirlər müzakirə olunub və ümumiləşdirilib.
Məktəb rəhbərliyi dərsdə iştirak edib.