Xocalı soyqırımına həsr olunmuş dərs
Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar 7a sinfinin şagirdləri tarix dərsində müəllim Məhsəti Səfərinin başçılığı ilə Xocalı şəhidlərini anıblar.
Şagirdlərin hazırladıqları və təqdim etdikləri məlumatlarda bu cinayət nəticəsində şəhid olan 613 nəfərin xatirəsi bir daha yad edildi. Bu statistik rəqəm əslində, insan taleləri deməkdir. Bu cəhətdən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir. Şagirdlər vurğuladılar ki, bu qanlı tarixi heç vaxt unutmayacaqlar.