7"c" sinif şagirdləri ekskursiyada

     Məktəbin 7"c" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Səma Bağırovanın rəhbərliyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinə ekskursiya ediblər.
     Ekskursiya zamanı muzey eksponatlarının nümayiş etdirildiyi zallar şagirdlərin böyük marağına səbəb oldu. 
     Qeyd edək ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyi 1945-ci ildə təşkil olunmuşdur. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur.Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
     Şagirdlər sonra "Nizami" kinoteatrında olub, birlikdə film izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi