"XOCALI SOYQIRIMI” MÖVZUSUNDA TƏDBİR
23 fevral 2024-cü il tarixdə məktəbin 3"f" sinfində Xocalıda baş vermiş qanlı faciənin 32-ci ildönümü ilə əlaqədar “Xocalı Soyqırımı” mövzusunda sinifdaxili tədbir keçirilmişdir.
İbtidai sinif şagirdi Lalə Hacıyevanın başçılığı 3"f" sinfində keçirilən sinifdaxili tədbir həmin gecə qətlə yetirilən qurbanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanmışdır. Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.