BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ

               14 fevral 2024-cü il tarixdə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə  məktəb kitabxanasında tədbir keçirilib. 
               Kitabxananın müdiri Minayə Əzimova və kitabxanaçı Fəxriyyə Səfərova məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs ediblər.
               Tədbir zamanı  3"c" və 3"q" sinif şagirdləri ibtidai sinif müəllimi İlhamə Bayramova və Nərmin Tağıyevanın təşkilatçılığı ilə  kitab bağışlama aksiyası keçiriblər,şagirdlər bir-birilərinə kitab hədiyyə ediblər.
               Sonda məktəblilər şeirlər səsləndirib və kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.
               Tədbirin keçirilməsinin əsas məqsəd şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir. 

?v=tyuSvjktScs

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi