PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

      3 fevral tarixində 2023-2024-cü il tədris ilinin l yarımili üzrə Pedaqoji Şuranın iclası keçirilib.      
      İclası açıq elan edən məktəb rəhbəri Svetlana Nəbiyeva yarımil ərzində görülən işləri, qarşıda duran  məsələləri  pedoqoji kollektivin nəzərinə çatdırıb.Yarımillik hesabat , I Yarımilin və BSQ-lərin nəticələrinin, Rəqəmsal  ve STEAM layihəsi haqqında, aparılmış monitorinqlərin təhlili və müzakirəsi aparılıb. Tədris ilində aparılan məktəbdaxili və məktəbdənkənar işlərdən danışılıb. Məktəbdaxili qiymətləndirmə, monitorinqlərin nəticələri, şagirdlərin nəticələri ,digər cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 

     Həmçinin aşağıdakı vacib məsələlər müzakirə olunub:
- təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
-şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;
- müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
-ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
- sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
-ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;
-görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və
-sosial şəbəkələrdə işıqlandırılması; müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
-fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;
-etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması 
     Sonda 2023-2024 tədris ilinə dair hesabatlar dinlənilib və fikirlər səsləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi