Psixoprofilaktik görüş keçirilib
Məktəbin 11A sinif şagirdləri ilə psixoloq Cəmilə Məmmədova tərəfindən imtahanqabağı stresi və həyacanı aradan qaldırmaq məqsədi ilə psixoprofilaktik və maarifləndirici görüş təşkil olunub.
Sinif rəhbəri Aynurə Bayramovanın iştirakı ilə keçən onlayn görüşdə psixoloq şagirdlərlə stresin gündəlik həyatımızdakı rolundan, imtahanqabağı həyacanı yaradan səbəblərdən və bu həyacanın elementlərindən danışıb. İmtahanqabağı stres və həyacanı aradan qaldıran psixoloji və fizioloji üsullar izah olunub.