"Kod Saatı" müsabiqəsində uğur qazanan şagirdimiz
Məktəbin 5"a" sinif şagirdi Abdullayev Elmar "Kod Saatı" müsabiqəsinin ikinci mərhələsindən uğurla keçib, final mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal "Kod saatı" hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği,eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.
Uğur qazanan şagirdimizi və onun informatika müəllimi Sevinc Abdullayevanı təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.