"BİLİK YARIŞI" KEÇİRİLİB

               Fəaliyyət planına uyğun olaraq məktəbin kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərovanın təşkilatçılığı ilə  23 yanvar 2024-cü il tarixində VI sinif şagirdləri arasında "Bilik yarışı" keçirilib. 
               Məktəb rəhbəri Svetlana Nəbiyeva, Tarix müəllimi Məhsəti Səfəri ,Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılova, biologiya müəllimi Sendauri Qəribovanın iştirakı ilə keçən "Bilik yarışı"  Dövlət Himninin səsləndirilməsi ilə başlayıb .
               Yarışın şərtləri komandalara izah edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib.  Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda qalib gələn "Qalib" adlı komanda diplomla təltif olunub.
               İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq  fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin  elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
               Sonda yarışda fəal iştirak edən şagirdlər "Təşəkkürnamə" ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi