20 YANVARA HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar məktəbdə bır sıra tədbirlər keçirilib.
18 yanvar 2024-cü il tarixində məktəbin tarix müəllimi Maqsud Mirzəyev 8"e" sinif şagirdləri ilə birgə 20 Yanvara həsr olunan "Dəyirmi masa" keçirib.
Müəllim ,əvvəlcə, şagirdlərə faciənin tarixi barədə məlumat verib. O bildirdi ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin faciəli gün bütün dünya xalqımızın qəhrəmanlığının , azadlıq uğrunda mübarizliyinin şahidi olub.
Daha sonra 8"e" sinif şagirdlərinin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi -bədii kompozisiya nümayiş olunub. Tədbir zamanı Qanlı Yanvar hadisələrindən bəhs edən slaydlar ,videolar nümayiş olunub.