VALİDEYN İCLASI KEÇİRİLİB
10 yanvar 2024-cü il tarixində məktəbin akt zalında valideyn iclası keçirilib.
İclasda məktəb rəhbəri Svetlana Nəbiyeva , tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova , məktəb psixoloqu Cəmilə Məmmədova ,Vüsalə Orucova və valideynlər iştirak edib.
İclas zamanı şagirdlərin dərsə davamiyyəti, nizam-intizam məsələləri müzakirə olunub. Valideynlərin fikirləri dinlənilib ,onları maraqlandıran suallara cavab verilib.
Valideyn iclaslarının keçirilməsində əsas məqsəd valideynlərin məktəb həyatında fəal iştirakını təmin etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdir.