Psixoloji söhbət aparılıb
Məktəbin psixoloqu Cəmilə Məmmədova 7"b" sinfində yeniyetməlik dövrü ilə bağlı söhbət aparıb. Məqsəd şagirdlərdə yeniyetməlik dövrü ilə bağlı psixi gərginliyi aradan qaldırmaq olub.
Yeniyetmələrin fizioloji, psixoloji inkişafından, özünüqiymətləndirmə, məsuliyyət hissinin formalaşması, valideyn-övlad münasibətləri, müəllim-şagird münasibətləri müzakirə olundu. Sonda suallar psixoloq tərəfindən cavablandırıldı.