Təbiət və Azərbaycan tarixi fənni üzrə monitorinq keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və VII sinifləri üzrə monitorinq keçirilib.
      29 dekabr 2023-cü il tarixdə VI sinif Təbiət, VII sinif Azərbaycan tarixi fənni üzrə Azərbaycan və rus bölmələrində monitorinq keçirilib. 
     Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
    Azərbaycan tarixi və təbiət fənləri üzrə monitorinq materialları iki variantda hazırlanmışdır. Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə obyektiv keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi