MARAQLI KİTAB MÜZAKİRƏSİ
Şagirdlər məktəb kitabxanası ilə sıx əlaqə saxlayır həm də məntiqi təfəkkürlərini İnkişaf etdirən mətnlər oxuyurlar .
Bu məqsədlə şagirdlər ilə kitabxanaçılarımızın fəal diskussiyası təşkil edilib. Məktəbin 3c sinif şagirdləri ilə ibtidai sinif müəllimi İlhamə Bayramovanın iştirakı ilə kitabxana fonduna yeni daxil olmuş "İtələmək gülməli deyil" adlı kitabın mütaliəsi və təhlil aparılıb.
Kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərovanın başçılığı ilə təşkil olunan mütaliə saatında şagirdi maraqlandıran suallara cavab verilib. Geniş fikir mübadiləsi və müzakirəsi aparılıb. Məsələn: uşaq Beylinin düşdüyü vəziyyət və ona verilən məsləhət haqqda nə düşünür. Uşaq Bulinq törədənlərin qarşısını almaq üçün hansı üsullardan istifadə etməyi fikirləşir? Bulinq (qısqanma, zorakılıq) bir çox uşaqların üzləşdiyi ciddi problemdir və bulinq in bir sıra təzahürləri özünü göstərir. Cismani və ya zorakı bulinq zərbə vurmaq, təpikləmək, badalaq vurmaq,tüpürmək, saç olmaq və.s aiddir. Fiziki bulinq məruz qalan uşaqlar təşviş,təlaş, depressiya, fiziki və sosial problemlər yaşaya bilər. Bildirlib ki , həm uşaqlar, həm böyüklər bulinqi dərhal müəyyən edib cəld və ədalətli şəkildə qarşısını almağı öyrənməlidirlər.